İnfarkt keçirən futbolçu öldü

İnfarkt keçirən futbolçu öldü

İnfarkt keçirən futbolçu öldü

Əlcəzairin "Saida" klubunun kapitanı Sofiane Lokar dünyasını dəyişib.

Polemika.az TASS-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ölkə çempionatının ikinci divizionunda "Orand"la oyun zamanı komandasının qapıçısı ilə toqquşub. Futbolçuya tibbi yardım göstərildikdən sonra o yenidən meydana qayıdıb.

10 dəqiqə sonra futbolçu infarkt keçirərək qazona yıxılıb. Lukar xəstəxanaya çatdırılsa da, yolda dünyasını dəyişib.

İnfarkt keçirən futbolçu öldü