Rəqibinə kəllə atdı, 8 oyunluq cəza aldı - Azərbaycanda

Rəqibinə kəllə atdı, 8 oyunluq cəza aldı

Rəqibinə kəllə atdı, 8 oyunluq cəza aldı - Azərbaycanda

U-16 Liqasının “Keşlə” – İCBFA  oyununda kütləvi dava-dalaş baş verib.

Polemika.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Rəvan Ələsgərov matçın 60-cı dəqiqəsində rəqibə başı ilə zərbə endirdikdən sonra futbolçular arasında dava düşüb.

"Keşlə"nin digər oyunçusu Ramil İsmayılzadə və İCBFA-nın futbolçusu Tağı Nağıyev də davanın fəal iştirakçısı olub.

AFFA İntizam Komitəsi bugünkü iclasda Ələsgərovu 8, İsmayılzadə və Nağıyevi hərəyə 6 oyun cəzalandırıb.

Rəqibinə kəllə atdı, 8 oyunluq cəza aldı - Azərbaycanda