Məşhur həkimdən sensasiyalı proqnoz: "Pandemiyanın bitməsinə az qalıb"

Məşhur həkimdən sensasiyalı proqnoz: "Pandemiyanın bitməsinə az qalıb"

Məşhur həkimdən sensasiyalı proqnoz: "Pandemiyanın bitməsinə az qalıb"

"İnfeksion xəstəliklər və epidemiyanın qanunauyğunluqlarından biri budur ki, virus yayıldıqca, dəyişdikcə, yayılma sürəti artdıqca gücü bir o qədər zəifləyir, qabiliyyəti azalır".

Polemika.az xəbər verir ki, məşhur anestezioloq-reanimatoloq Şahin Məmmədov Omikronun pandemiyaya təsiri barədə maraqlı proqnoz verib.

"Əldə edilən məlumatlara görə, Omikron pandemiya dövründə ən sürətli yayılma xüsusiyyətinə malik ştamdır. O, Deltadan da sürətli yayılır. Bunu proqnozlaşdırmaq olar ki, öldürücülük qabiliyyəti aşağı olacaq. Əgər bu variant qrip kimi yüngül keçərsə, elə hesab edin ki, insanları özü vaksinnasiya edəcək. Omikron Deltanı meydandan çıxarsa, pandemiya səngiyəcək və bitmiş sayılacaq. Buna ümid edirik".

Məşhur həkimdən sensasiyalı proqnoz: "Pandemiyanın bitməsinə az qalıb"