Azərbaycan karateçisi ikinci dəfə dünya çempionu oldu

Azərbaycan karateçisi ikinci dəfə dünya çempionu oldu

Azərbaycan karateçisi ikinci dəfə dünya çempionu oldu

Dubayda keçirilən karate üzrə dünya çempionatında millimiz ilk qızıl medalını qazanıb.

Polemika.az xəbər verir ki, İrina Zaretska 68 kq çəki dərəcəsində çempion olub.

O, finalda italiyalı Silviya Semeraroya qalib gələrək karyerasında ikinci dəfə dünya çempionu adına yiyələnib.

Qeyd edək ki, bu, millinin Dubayda ikinci medaldır. Asiman Qurbanlı +84 kq çəki dərəcəsində bürünc mükafat əldə edib. Medal şansını qoruyan kişilərdən ibarət komandamız isə 3-cü yer uğrunda görüşdə Özbəkistanla üz-üzə gələcək.

Azərbaycan karateçisi ikinci dəfə dünya çempionu oldu