Zidan ingilislərə rədd cavabı verdi

Zidan ingilislərə rədd cavabı verdi

Zidan ingilislərə rədd cavabı verdi

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan “Mançester Yunayted”in təklifindən imtina edib.

Polemika.az xəbər verir ki, “qırmızı-şeytanlar”ın rəhbərliyi Ule-Qunnar Sulşerin istefaya göndərilməsindən sonra boş qalan baş məşqçisi vəzifəsi ilə bağlı Zidanla danışıqlar aparıb. Fransalı mütəxəssisin cavabı mənfi olub. O, ümumiyyətlə, İngiltərədə işləmək istəmədiyini bildirib.

Yaxın gələcəkdə Zidanın PSJ-yə başçılıq edəcəyi isə istisna olunmur. 

Zidan ingilislərə rədd cavabı verdi