Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə etdi
Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə etdi
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.
Polemika.az xəbər verir ki, 37 yaşlı qrossmeyster X turda ABŞ-dan olan Sem Şenklendlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdə heç-heçəyə razılaşıb.
Xallarını 7-yə çatdıran Məmmədyarov 3-cü pillədədir, turnir cədvəlinə isə 8 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.