Mahirin klubu Dubayda kimlərlə qarşılaşacaq?

Mahirin klubu Dubayda kimlərlə qarşılaşacaq?

Mahirin klubu Dubayda kimlərlə qarşılaşacaq?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın Dubaydakı təlim-məşq toplanışında rəqibləri müəyyənləşib.

Polemika.az xəbər verir ki, “Legiya” ilk yoxlama oyununu yanvarın 12-də İsveçrə "Bazel"inə qarşı keçirəcək. Yanvarın 15-də Bolqarıstanın "Lokomotiv" (Plovdiv) komandası ilə üz-üzə gələcək Varşava təmsilçisi yanvarın 19-da Rusiya "Krasnodar"ı ilə görüşəcək.

Yanvarın 6-da başlanacaq Dubay toplanışına ayın 22-də yekun vurulacaq.

"Legiya"nın yanvarın 28-də yerli "Tıxı" və yanvarın 29-da "Radomyak"la da yoxlama oyunları nəzərdə tutulub.

Mahirin klubu Dubayda kimlərlə qarşılaşacaq?