Boksçumuz 1/4 finalda

Boksçumuz 1/4 finalda

Boksçumuz 1/4 finalda

Serbiyanın paytaxtı Belqraddakı boks üzrə dünya çempionatı davam edir. 

Polemika.az xəbər verir ki, Azərbaycan boksçusu Sərxan Əliyev 1/8 final görüşünü keçirib.

71 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançının rəqibi yaponiyalı Yuta Akiyama olub.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Sərxan Əliyev qardaşı Tayfur Əliyevdən fərqli olaraq, adını 1/4 finala yazdırıb. Onun növbəti mərhələdəki rəqibi ABŞ təmsilçisi Obed Barti olacaq.

Beləliklə, bu gün rinqə çıxan Azərbaycanın 4 boksçusundan 3-ü 1/8 final səddini adlamağı bacarıb. Noyabrın 1-də daha 2 boksçu 1/4 finala vəsiqə uğrunda döyüşə çıxacaq. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə, Mirşərif Kazımzadə (75 kq) özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşacaq. 

 

 

Boksçumuz 1/4 finalda