Xavidən yeni qadağalar - Növbə Pikeyə çatdı

Xavidən yeni qadağalar  - Növbə Pikeyə çatdı

Xavidən yeni qadağalar - Növbə Pikeyə çatdı

“Barselona”nın yeni baş məşqçisi Xavi komandanın müdafiəçisi Jerar Pikeyə “El Hormiguero” verilişinə müsahibə verməyi qadağan edib.

Polemika.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Xavi Pikenin futbola aidiyyatı olmayan ictimai tədbirlərdə tez-tez görünməsindən razı deyil.

Baş məşqçi futbolçuların diqqəti birinci növbədə “Barselona”ya yönəltmələrinin vacibliyini qeyd edib.

Xatıradaq ki, Xavinin “Barselona”nın baş məşqçisi kimi ilk rəsmi oyunu noyabrın 20-də “Espanyol”a qarşı olacaq. (Qol.az)

Xavidən yeni qadağalar - Növbə Pikeyə çatdı