Polis əməliyyat keçirdi: Narkotik satan şəxs tutuldu

Polis əməliyyat keçirdi: Narkotik satan şəxs tutuldu

Polis əməliyyat keçirdi: Narkotik satan şəxs tutuldu

Qazax sakinində narkotik aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Zahid Sarıyev rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada, narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Polis əməliyyat keçirdi: Narkotik satan şəxs tutuldu