"Yusuf bura Rusiyadır. Nataşalar çoxdur" videosuna cavab nə oldu?

"Yusuf bura Rusiyadır. Nataşalar çoxdur" videosuna cavab nə oldu?

"Yusuf bura Rusiyadır. Nataşalar çoxdur" videosuna cavab nə oldu?

Türk futbolçu Yusuf Yazıcının CSKA-ya (Moskva) keçidi ilə bağlı hazırlanan video qalmaqala səbəb olub.  

Polemika.az xəbər verir ki, videoda 24 yaşlı futbolçuya Rusiya klubu tərəfindən tez-tez mesaj göndərildiyi, lakin oyunçunun buna cavab vermədiyi görünür.

Mesajlara cavab verilmədiyini görən Moskva  təmsilçisi "Yusuf bura Rusiyadır. Nataşalar çoxdur" - deyə yenidən ismarıc yollayıb.

Yusuf bu dəfə mesajı cavabsız qoya bilməyib. "Yoldayam. 5 dəqiqəyə çatıram" - yazıb.

Azarkeşlərin sərt təpkisindən sonra video silinib. CSKA (Moskva) klubunun televiziyasının aparıcısı Katerina Kirilçeva paylaşıma görə üzr istəyib. "Zamanın az olması səbəbindən belə bir video hazırlandı. Azarkeşlərimizdən, qadınlardan və Yusufdan üzr istəyirik".

Qeyd edək ki, Moskva klubu Yusuf Yazıcını "Lill"dən icarə əsasında heyətinə qatıb. 

Mehri QURBAN

"Yusuf bura Rusiyadır. Nataşalar çoxdur" videosuna cavab nə oldu?