“Qəbələ” braziliyalı hücumçu ilə müqavilə bağladı

“Qəbələ” braziliyalı hücumçu ilə müqavilə bağladı

“Qəbələ” braziliyalı hücumçu ilə müqavilə bağladı

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Polemika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Məlumata görə, "qırmızı-qaralar” Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

Braziliyalı hücumçu Avstriyanın “Admira” klubundan icarəyə götürülüb. 24 yaşlı cənubi amerikalı 1,5 il “Qəbələ”nin formasını geyinəcək.

Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən Patrik peşəkar karyerasına Avstriyada başlayıb. 2020/21 mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib.

“Qəbələ” braziliyalı hücumçu ilə müqavilə bağladı