Rüstəm Orucov Klublararası Avropa çempionatında gümüş medal qazandı

Rüstəm Orucov Klublararası Avropa çempionatında gümüş medal qazandı

Rüstəm Orucov Klublararası Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan cüdoçusu Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa çempionatında uğurlu nəticəyə imza atıb.

Polemika.az xəbər verir ki, bu barədə 73 kq-da mübarizə aparan 30 yaşlı idmançı özünün “Instagram” səhifəsində paylaşım edib.

İdmançı turnirdə ikinci yeri tutduqlarını yazıb. Orucov qazanılan uğura görə komanda yoldaşlarına təşəkkürünü bildirib: “Belə gözəl insanlarla tanış olduğum üçün çox şadam. Gələn il qızıl medallarımızı alacağıq!”

Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.

Rüstəm Orucov Klublararası Avropa çempionatında gümüş medal qazandı