Almaniyada irqçiliyə görə oyun təxirə salındı

Almaniyada irqçiliyə görə oyun təxirə salındı

Almaniyada irqçiliyə görə oyun təxirə salındı

Almaniyanın 3-cü Bundesliqasında keçirilən “Duysburq” – “Osnabryuk” matçı yarımçıq dayandırılıb.

Polemika.az xəbər verir ki, buna səbəb, meydan sahibi komandanın azarkeşlərinin rəqib futbolçu Aron Opokuya qarşı irqçilik etməsi olub.

Matçın 36-cı dəqiqəsində fanatlar top qana əsilli alman hücumçuda olan zaman meymun səsləri çıxarıblar. Bundan sonra matçın baş hakimi hər iki komandanı paltardəyişmə otağına yollayıb və oyunu təxirə salıb.

Qeyd edək ki, bu, Almaniya futbol tarixində irqçiliyə görə təxirə salınan ilk matç olub. 

Almaniyada irqçiliyə görə oyun təxirə salındı