Sona Əzizovanın davranışı: Onu qınayanlar vətənpərvər, yoxsa aqressiv insanla

Sona Əzizovanın davranışı:

Sona Əzizovanın davranışı: Onu qınayanlar vətənpərvər, yoxsa aqressiv insanla

Ermənistan “Eurovision Junior” yarışmasında birinci olduğu üçün Azərbaycan təmsilçisi onu qucaqlayaraq təbrik edib. Ancaq bu hərəkətinə görə ifaçı Sona Əzizova tənqid atəşinə tutulub. Hətta bunu müharibədə qazandığımız qələbəyə kölgə saldığını da deyənlər var.

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, azərbaycanlılar nə qədər mübariz, nə qədər qalib, nə qədər humanist xalq olduğunu hər zaman göstərib.

“Əgər Azərbaycan öz torpağında ermənilərin yaşamasına icazə veribsə, bu, dövlətin humanistliyini sübut edir. Ancaq biz müharibəni sadəcə cəbhədə aparmalıyıq. Digər sahələrə keçirməməliyik. Onu səhnəyə də köçürsək, aqresiv millət kimi tanınacağıq. 

Qalibi təbrik etmək qədər normal bir şey yoxdur. Milliyyətindən asılı olmayaraq, səhnədə qalib gələni təbrik edəni tənqid atəşinə tutanlar vətənpərvərliyi deyil, nifrəti, kini, aqressiyası daha çox olan insanlardır.

Təkcə estradada yox, idman sahəsində də hər zaman rəqiblə əl-ələ sıxışır, tərəflərdən kim qalib gəlirsə-gəlsin hər zaman təbrik edilir. Empatiya qurma heç zaman unudulmamalıdır. Səmimi bir şəkildə təşəkkür etmək, o insanını duyğularına və qələbəsinə hörmət etməkdir”.

Ayzel

Sona Əzizovanın davranışı: Onu qınayanlar vətənpərvər, yoxsa aqressiv insanla