Türkiyə çempionatında Azərbaycan dueli: Ələskərovun komandası qalib gəldi

Türkiyə çempionatında Azərbaycan dueli: Ələskərovun komandası qalib gəldi

Türkiyə çempionatında Azərbaycan dueli: Ələskərovun komandası qalib gəldi

Futbol üzrə Türkiyə I liqasının XI turunda Azərbaycan dueli baş tutub.

Polemika.az xəbər verir ki, Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü"nü qəbul edib. Bursa Atatürk Stadionunda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin hər iki futbolçusu meydana start heyətində çıxıb. 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılan İsgəndərli 74-cü dəqiqədə Talha Yünkuşla əvəzlənib. Ondan 1 dəqiqə öncə isə Ələskərovun yerinə meydana Elton Akolatse daxil olub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 14-ə çatdıran "Bursaspor" 7-ci pilləyə yüksəlib. 7 xalı olan "Keçiörengücü" isə 19 komanda arasında 18-ci sırada qərarlaşıb./Report

Türkiyə çempionatında Azərbaycan dueli: Ələskərovun komandası qalib gəldi