"Ölkəmizi “fahişəxana” adlandırıb, sonra da…" - Xəyyam od püskürdü - Video

"Ölkəmizi “fahişəxana” adlandırıb, sonra da…" - Xəyyam od püskürdü - Video

"Ölkəmizi “fahişəxana” adlandırıb, sonra da…" - Xəyyam od püskürdü - Video

Bir neçə gün öncə Rusiyada yaşayan müğənni Nəvai klubların birində çıxışı zamanı Bakı haqqında təhqiramiz ifadə işlədib.

Polemika.az xəbər verir ki, o,, Emin Ağalarovun "Baku" mahnısını ifa edərkən nalayiq söz işlədib. Müğənni daha sonra bunu "Tik-Tok" hesabından paylaşıb. 

Böyük rezonans doğuran hadisəyə müğənni Xəyyam Nisanov da təpki verib.

O, Nəvainin Bakıya girişinə qadağa qoyulmasını tələb edib:

“Bu artıq mənim əsəblərimdən üstün oldu, ona görə də yazmağa vadar etdi! Ay vətən xaini, bizim analarımız, bacılarımız, xanımlarımız yaşayan ölkəni “fahişəxana” adlandırıb, bunu bütün dünyaya video paylaşıb, sonra üzr istəmək - bu bəs edir ki?! Xeyr! Etmir! Bunu öncə bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirem və sənin kimi xainlər cavab verməlidir! Ona görə də dövlət başçımızdan rica edirəm: belə xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun! Əminəm ki, bütün xalqımız bu fikrə dəstək olacaq!”

Sözügedən görüntüləri təqdim edirik: 

 

"Ölkəmizi “fahişəxana” adlandırıb, sonra da…" - Xəyyam od püskürdü - Video