"İnstitutdan qovulmaqdan qorxmadan mitinqə qatılmışdım" - Brilliant

"İnstitutdan qovulmaqdan qorxmadan mitinqə qatılmışdım" - Brilliant

"İnstitutdan qovulmaqdan qorxmadan mitinqə qatılmışdım" - Brilliant

"İnstitutdan birbaşa mitinqə getmişdik. 17 Noyabr 1988-ci il idi. Topxana meşəsini heç vaxt görməmişdim, onun dağıdılmasına görə qəlbimdə bu qədər şiddət hardan idi onu da anlamırdım...”

Polemika.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında Meydan Hərəkəti barədə yazıb:

“İnstitutdan qovulmaqdan belə qorxmadan mitinqə qatılmaq, səsimizi ucaltmaq, etiraz etmək istəyim yəqin ki, özümüz də bilmədən Vətənə olan sevgidən irəli gəlirdi. Bu sevgi dünyaya göz açdığımız gün bizimlə birgə doğulur. Bu gün yenə şəhid verdik, başı bəlalı Vətənimiz, başın sağ olsun".

Qeyd edək ki, bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. Noyabrın 17-də Azadlıq Meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib.

"İnstitutdan qovulmaqdan qorxmadan mitinqə qatılmışdım" - Brilliant