Rusiya itkin əsgərlərə görə ermənilərə kömək edir

Rusiya itkin əsgərlərə görə ermənilərə kömək edir

Rusiya itkin əsgərlərə görə ermənilərə kömək edir

Rusiya Ermənistana Azərbaycanla sərhəddə itkin düşən erməni hərbçilərin axtarışına kömək edir.

Polemika.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə deyib.

“Rusiya tərəfi Azərbaycanla sərhəddə itkin düşən erməni hərbçilərin axtarışına yardım edir. Hazırda Ermənistan tərəfindən 1 ölü, 12 əsir var, 24 erməni əsgərin taleyi barədə məlumat yoxdur. Kəşfiyyat işləri Rusiya tərəfinin iştirakı ilə aparılır”, - Mirzoyan bildirib.

Nazir həmçinin xatırladıb ki, Rusiya tərəfinin vasitəçiliyi ilə noyabrın 16-da saat 18:30-dan etibarən hərbi əməliyyatlar dayandırılıb. O, Azərbaycan əsgərlərinin dünən yerləşdikləri mövqelərdə qalmaqda davam etdiyini vurğulayıb. (modern.az) 

Rusiya itkin əsgərlərə görə ermənilərə kömək edir