ABŞ Dövlət Departamentinin təmsilçisi Qafqaza gəlir

ABŞ Dövlət Departamentinin təmsilçisi Qafqaza gəlir

ABŞ Dövlət Departamentinin təmsilçisi Qafqaza gəlir

Bu yaxınlarda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini təyin edilmiş Erika Olson regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.

Polemika.az xəbər verir ki, İrəvanda olarkən Erika Olson noyabrın 2-4-də ABŞ-ın Cənubi Qafqaz regionunda missiya rəhbərlərinin konfransında iştirak edəcək.

Konfransa ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Endryu Şeffer, USAİD-in Vaşinqton ofisinin direktor müavini Aleksandr Sokolovski qatılacaqlar.

“Biz regiondan və Vaşinqtondan olan tərəfdaşlarımızla uzun müddət davam edən görüş ənənəsini bərpa etmək, regionun hər üç ölkəsi ilə siyasətlərimizi daha yaxşı əlaqələndirməyə kömək edəcək fikir, ideya və məlumat mübadiləsi aparmaq fürsətinə malik olmaqdan məmnunuq”.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında deyilir.

Konfrans iştirakçıları müzakirələrlə yanaşı, Ermənistan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər keçirəcəklər.

ABŞ-ın Cənubi Qafqaz regionundakı nümayəndəlik rəhbərlərinin əvvəlki konfransları 2019-cu ildə Bakıda, 2018-ci ildə isə Tbilisidə keçirilib.

ABŞ Dövlət Departamentinin təmsilçisi Qafqaza gəlir