Azərbaycanlı rəssam vəfat etdi

Azərbaycanlı rəssam vəfat etdi

Azərbaycanlı rəssam vəfat etdi

Moskvada tanınmış azərbaycanlı rəssam Abbas Kazımov koronavirusdan dünyasını dəyişib.

Polemika.az xəbər verir ki, bu barədə Azərbaycan Rəssamlar İttifaqı məlumat yayıb. 

Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Konfederasiyasının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Abbas Kazımov noyabrın 8-də 65 yaşında vəfat edib.

Onun COVİD-19 virusundan xəstəxanada vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Kazımov Abbas Ələsgər oğlu 1 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olub. 

Azərbaycanlı rəssam vəfat etdi