Roza Zərgərli kliniki ölüm keçirdi - VİDEO

Roza Zərgərli kliniki ölüm keçirdi - VİDEO

Roza Zərgərli kliniki ölüm keçirdi - VİDEO

“3 gün bundan əvvəl kliniki ölüm keçirdim, qanım zəhərlənmişdi və beynimdən 4-5 saatlıq yaşadıqlarım silindi...”

Polemika.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli ARB telekanalında yayımlanan “Xəbər-ətər” proqramında qonaq olarkən deyib.

Onun sözlərinə görə, maşında olarkən vəziyyəti qəfil pisləşib:

“Bu dünyadan heç kim heç nə aparmayacaq. Yadımızda bir şeyi saxlayaq, əgər bu dünyada gözəl yaşamaq istəyirsənsə, özünə diri ikən rəhmət qazan, bacarırsansa, əl tut, acı söz demə.

Mən 3 gün bundan əvvəl kliniki ölüm keçirdim, qanım zəhərlənmişdi və beynimdən 4-5 saatlıq yaşadıqlarım silindi, çox pis vəziyyətdə idim. Özümə gələndə dedim, nə yaxşı ki, həyatımı normal yaşamışam.

Yol polisləri sağ olsun, məni tanıyıb, qapını açıb, təcili yardım çağırıblar. İnsanların sevgisi çox önəmlidir, mənim üçün önəmli olan şou-biznesin sevgisi deyil, insanların sevgisidir. Hər zaman çalışıram ki, diri ikən özümə rəhmət qazanım. Bəlkə də bu günə kimi etdiyim yaxşılıqlara görə Allah məni saxladı”.

Həmin görüntüləri təqdim edirik:

 

Roza Zərgərli kliniki ölüm keçirdi - VİDEO