Mirzoyan: "Antalyaya gedib-getməmək barədə qərar hələ yoxdur"

Mirzoyan: "Antalyaya gedib-getməmək barədə qərar hələ yoxdur"

Mirzoyan: "Antalyaya gedib-getməmək barədə qərar hələ yoxdur"

"Ermənistan hələ ki, Antalyada keçiriləcək forumda iştirakla bağlı qərar verməyib".

Polemika.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Nazir qeyd edib ki, o və Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyə tərəfdən dəvət alıb.

Mirzoyanın sözlərinə görə, avstriyalı həmkarı ilə görüşündə qarşıdan gələn konfrans da müzakirə olunub.

“Hələ həll yolu yoxdur. Məsələ müzakirə olunur”, - deyən Mirzoyan qeyd edib ki, məsələyə ikitərəfli münasibətlər müstəvisində baxılmamalıdır, əksinə, bu, Ermənistanın iştirak etmək qərarına gələ biləcəyi mühüm beynəlxalq diplomatik hadisədir.

Nazirin fikrincə, iştirakını münasibətlərin normallaşması prosesi ilə əlaqələndirsək də, burada müsbət çalarlardan başqa heç nə yoxdur.

 

Mirzoyan: "Antalyaya gedib-getməmək barədə qərar hələ yoxdur"