"Mən belarus və rus analarına yalvarıram..." - Videobloqerdən müraciət

"Mən belarus və rus analarına yalvarıram..." - Videobloqerdən müraciət

"Mən belarus və rus analarına yalvarıram..." - Videobloqerdən müraciət

Tanınmış ukraynalı müğənni, dizayner, videobloqer Nadya Dorofeyeva Ukraynada davam edən hərbi əməliyyatlarla bağlı "İnstaqram" hesabı vasitəsilə videomüraciət edib.

Polemika.az Manset.az-a istinadla xəbər verir ki, izləyicilərinə göz yaşları içində müraciət edən Dorofeyeva emosiolarına görə üzr istəyib, lakin bu sözləri başqa cür ifadə edə bilmədiyini qeyd edib:

“Gəlin unutmayaq ki, hamımız insanıq. Həyatdan dəyərli heç nə yoxdur. Sənin hansı ölkədən olmağın önəmli deyil. Mən heç vaxt siyasətlə bağlı olmamışam, onda heç nə anlamıram. İndi cinayət – fikir bildirməməkdir. Bütün dostlarımız bomba sığınacaqlarında oturub, çox qorxurlar. Mən belarus və rus analarına yalvarıram ki, oğullarını Ukraynada vuruşmağa qoymasınlar. Xahiş edirəm, bunu dayandırın...”

"Mən belarus və rus analarına yalvarıram..." - Videobloqerdən müraciət