Putini dayandırmağın bir neçə yolu var – Mümkün variantlar 

Putini dayandırmağın bir neçə yolu var – Mümkün variantlar 

Putini dayandırmağın bir neçə yolu var – Mümkün variantlar 

“Vladimir Putini dayandırmağın bir neçə yolu var”. Bu sözləri Polemika.az-a açıqlamasında Türkiyədə yaşayan siyasi şərhçi Toğrul İsmayıl deyib.

O, bu müharibədə Putin başda olmaqla Rusiyanı dayandırmağın yollarından danışarkən söyləyib: “Birincisi, sanksiyalar, hansı ki, bunlar uzun sürəcək, amma Rusiya iqtisadiyyatını darmadağın edəcək, Rusiya dövlətini də zəiflədəcək. Dolayısıyla da, içəridən rus xalqı buna təpkisini göstərərək Putinin hakimiyyətinə son verəcək.

İkincisi müharibə yoludur ki, bunu Avropa dövlətlərinin heç biri istəmir, eləcə də Türkiyə. Əslində, bunu heç bir dövlət istəmir. Görünən odur ki, Putin bu dəqiqə hər şeyi, bütün mexanizmanı işə salıb müharibə aparır, hətta nüvə silahı təhdidini də ortaya qoyur. Bu, əlbəttə ki, yolverilməzdir və heç kim bu atışmanın böyüyüb dünya savaşına dönməsini istəmir”.

T. İsmayıl əlavə edib: “O səbəbdən, bu proseslər belə davam edir və müdaxilələr də olmayacaq. Amma burada bir yol daha var. Ukrayna xalqının, Ukrayna hakimiyyətinin Rusiyaya qarşı ciddi müqavimət göstərməsi. Qərb dövlətləri də silah-sursatla dəstək verərsə, Rusiyanın bu savaşı uzanacaq. İtkilər də artdıqca, Rusiya hakimiyyəti ölkə içərisindəki etirazları və reallığı qəbul edərək çəkilmək məcburiyyətində qalacaq.

Putin bu savaşı udsa da, uduzsa da, bu müharibə Putinin lehinə deyil. Çünki Putin bu savaşı Kiyevə, Xarkova və digər böyük şəhərlərə hücum etməklə ilk başda uduzmuşdu”.

“Rusiyada bildiyiniz kimi tək liderli bir hakimiyyət var, qərar verən də Putindir. Hadisələrin ümumi mənzərəsini demək ola bilər, nəinki bundan sonra nəyin olacağını söyləmək. Onsuz da Ukrayna ərazisində müharibə gedir və itkilər var. Bu müharibədə ən çox uduzan yenə də Rusiya olacaq. İstər Ukrayna üzərində qələbə qazansın, istərsə də uduzsun. Bu məğlubiyyətə bərabər qələbə də deyil, əksinə, hər mənada məğlubiyyətdir. Çünki Rusiya təkləndi, işğalçı ab-havaya büründü. Bu dəqiqə ağılı başında olan heç bir dövlət Rusiyanı müdafiə etməz. Bunlar Rusiya hakimiyyətinə aiddir, çünki rus xalqının bu məsələyə aidiyyəti yoxdur. Əziyyət çəkən də onlardır.

Bu, uduzmuş plandır və Putin bütün Qərbi, eləcə də, bütün dünyanı özünə qarşı çevirmiş rus lideridir. Təəssüf ki, ortada faciə və insan ölümləri ilə yanaşı mənasız, anlamsız və qabaqcadan nəticəsi uduzmaq olan bir savaş var”, - deyə müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Putini dayandırmağın bir neçə yolu var – Mümkün variantlar