Cahangir Əsgərov dəyişdi: “Bığ zarafatı”dan nəticə çıxardı - Foto

Cahangir Əsgərov dəyişdi:

Cahangir Əsgərov dəyişdi: “Bığ zarafatı”dan nəticə çıxardı - Foto

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AZAL-ın prezidenti Cahangir Əsgərovla "bığ zarafatı" gündəm olmuşdu. 

Ərdoğan C.Əsgərovu göstərərək "Bunun bığı vardı, indi yoxdur", - deyərək zarafat etmiş, İlham Əliyev isə cavabında "tökülüb", - deyib gülmüşdü. C.Əsgərov zarafata "yaşlandıq, töküldü... Zəngilanda olacaq", cavabını vermişdi. 

Polemika.az xəbər verir ki, artıq AZAL rəhbəri bığ saxlayır.

Bununla bağlı görüntülər qurumun bu gün keçirilən iclasında çəkilmiş fotolarda əks olunub.

Fotoda C.Əsgərovun bığ saxladığı görünür.Prezidentlərin zarafatı Cahangir Əsgərovu dəyişdirdi - Artıq bığ saxlayır -  FOTO

Cahangir Əsgərov dəyişdi: “Bığ zarafatı”dan nəticə çıxardı - Foto