Rusiya-Ukrayna danışıqları sabah davam etdiriləcək

Rusiya-Ukrayna danışıqları sabah davam etdiriləcək

Rusiya-Ukrayna danışıqları sabah davam etdiriləcək

Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu martın 2-də baş tuta bilər.

Polemika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, ikinci mərhələ sabaha təyin oluna bilər. 

Qeyd edək k, ötən gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüş təxminən 6 saat davam edib.

Danışıqlarda Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edib. 

Ukraynadan görüşə müdafiə naziri Aleksiy Reznikov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, xarici işlər nazirinin müavini Nikolay Toçitski, Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak, Ali Radanın deputatı Rustem Umerov və Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin qatılıb. 

Belarus xarici işlər naziri də Rusiya ilə Ukrayna arasında danışıqlarda iştirak edib. Görüş mediaya qapalı təşkil olunub.

Rusiya-Ukrayna danışıqları sabah davam etdiriləcək