Sərhəddə növbəti atışma - Rəsmi açıqlama

Sərhəddə növbəti atışma - Rəsmi açıqlama

Sərhəddə növbəti atışma - Rəsmi açıqlama

Tacikistanla Qırğızıstan sərhədində yeni atışma olub.

Polemika.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə Tacikistanın İsfara şəhər merinin mətbuat katibi Zubaidullo Şomadova məlumat yayıb.

Qeyd olunur ki, Çorku qəsəbə sakininin evi Qırğızıstan tərəfdən atəşə tutulub. Eyni zamanda, insident nəticəsində tələfat olmayıb.

Rəsmi Bişkek hələ ki, ortaya çıxan məlumatı şərh etməyib.

Eyni zamanda, dekabrın 22-si ərəfəsində Tacikistan və Qırğızıstan sərhədində, Ovçi-Kələç kənd icmasının təmas zonası ilə Laylak rayonunun ərazisində də atışma hadisəsi qeydə alınıb.

Sərhəddə növbəti atışma - Rəsmi açıqlama