Moskva Pekindən hərbi yardım istəyib - CNN

Moskva Pekindən hərbi yardım istəyib - CNN

Moskva Pekindən hərbi yardım istəyib - CNN

Rusiya Çindən Ukrayna böhranı ilə bağlı pilotsuz təyyarələr də daxil olmaqla, hərbi dəstək, habelə iqtisadi yardım istəyib.

Polemika.az CNN-ə istinadla xəbər verir ki, bunu 2 ABŞ rəsmisi bildirib.

Səlahiyyətlilərin sözünə görə, bu tələblər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra gəlib. Bunu iddia edən rəsmi Çinin reaksiyasını təfərrüatlı açıqlamaqdan imtina edib, lakin çinlilərin cavab verdiyini bildirib.

Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Lyu Penyu CNN-in Rusiyanın hərbi yardım istəməsi ilə bağlı xəbərlərlə bağlı suala cavabında bu barədə heç nə eşitmədiyini söyləyib.

Lyu Ukraynadakı vəziyyətdən narahatlığını bildirib və Çinin Ukraynaya humanitar yardım göndərdiyini və göstərməyə davam edəcəyini bildirib. "İndi əsas prioritet vəziyyətin gərginləşməsinin və ya hətta onun nəzarətdən çıxmasının qarşısını almaqdır... Çin maksimum təmkinli olmağa və irimiqyaslı humanitar böhranın qarşısını almağa çağırır", - deyə o qeyd edib.

Digər Amerika KİV-ləri də Rusiyanın Çinə müraciəti barədə məlumat yayıblar.

Qeyd edək ki, bu gün Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan çinli həmkarı Yan Jieçi ilə görüşməlidir.

Sallivan bir gün əvvəl CNN-ə deyib ki, Çinin Rusiyaya dəstəyindən narahatdır:

“Biz həmçinin Çinin Rusiyaya nə dərəcədə maddi və ya iqtisadi dəstək verdiyini də yaxından izləyirik. Pekinə dedik ki, kənarda durmayacağıq və heç bir ölkənin iqtisadi sanksiyalardan Rusiya itkilərini kompensasiya etməsinə imkan verməyəcəyik”.

Onun sözlərinə görə, ABŞ Pekinə açıq şəkildə bildirib ki, Rusiyaya sanksiyalardan yan keçməyə kömək etmək üçün geniş miqyaslı səylərin nəticələri mütləq olacaq.

Moskva Pekindən hərbi yardım istəyib - CNN