Sabiq baş nazirin ölkədən çıxışına qadağa qoyuldu

Sabiq baş nazirin ölkədən çıxışına qadağa qoyuldu

Sabiq baş nazirin ölkədən çıxışına qadağa qoyuldu

Bişkek məhkəməsi Qırğızıstanın keçmiş baş naziri Temir Sarıyevin həbs-qətimkan tədbirini ölkədən getməmək barədə şəhadətnamə ilə əvəz edib.

Polemika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Sariyev 2015-2016-cı illərdə hökumətə rəhbərlik edib. Sabiq nazir cari ilin avqustun 3-də Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı ölkənin ən böyük qızıl mədəni “Kumtor”un işlənməsi zamanı korrupsiya sxemlərində iştirakla bağlı ittiham irəli sürülüb.

 

Sabiq baş nazirin ölkədən çıxışına qadağa qoyuldu