Rusiya ilə Türkiyə arasında Dudayev qalmaqalı

Rusiya ilə Türkiyə arasında Dudayev qalmaqalı

Rusiya ilə Türkiyə arasında Dudayev qalmaqalı

Türkiyənin Kocaeli vilayətinin Körfez bələdiyyəsi tərəfindən tikintisinə 9 ay əvvəl başlanılan Çeçenistanın mərhum prezidenti Cövhər Dudayevin adına daşıyan park son bir neçə öncə tamamlanaraq istifadəyə verilib. 

Dudayevi “terrorçu” hesab edən Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov özünün sosial media hesabında parkın açılmasını tənqid edib. O, Türkiyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədələyib. O, Türkiyəni “terrorçuları dəstəkləməkdə” ittiham edib. Prezident Ərdoğanı adı ilə hədəfə alan Kadırov parka cavab olaraq Qroznıda “PKK lideri Abdullah Öcalanın heykəlini tikəcəyəni” bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Kadırovun qisas alacağı ilə hədələyən bəyanatına anlayışla yanaşır. O qeyd edib ki, bir neçə müharibədən sağ çıxan region rəhbəri üçün belə reaksiya başa düşüləndir. Onun sözlərinə görə, artıq Rusiya məsələ ilə bağlı Türkiyəyə öz narazılığını bildirib.

“Bu, Rusiyanın bu regionunda nəzarəti ələ keçirməyə cəhd edən terrorçular tərəfindən törədilən və başladığı bir neçə müharibədən sağ çıxan Rusiya regionunun rəhbərinin çox emosional, lakin başa düşülən reaksiyasıdır”, - deyə Peskov bildirib.

Cövhər Dudayev çeçen hərəkatına rəhbərlik edən aviasiya general-mayorudur. O, Rusiyada terror təşkilatı kimi tanınan Çeçenistan İçkeriya Respublikasının ilk prezidenti olub. 1996-cı il aprelin 22-nə keçən gecə Gexi-Çu kəndi yaxınlığında qətlə yetirilib. Dekabrın 10-da Türkiyənin Körfəzində onun şərəfinə park açılıb.

Rusiya ilə Türkiyə arasında Dudayev qalmaqalı