Şahzadə tezliklə Səudiyyə kralı elan olunacaq - İddia

Şahzadə tezliklə Səudiyyə kralı elan olunacaq - İddia

Şahzadə tezliklə Səudiyyə kralı elan olunacaq - İddia

Səudiyyə Ərəbistanının Kral Məhkəməsi vəliəhdi kral elan etməyə hazırlaşır.

Polemika.az xəbər verir ki, bunu "Müctəhid" təxəllüsü ilə tanınan məşhur anonim bloger öz "Twitter" hesabında yazıb. 

2 milyondan çox izləyicisi olan “Müctəhid” iddia edib ki, şahzadə Məhəmməd bin Salman tezliklə Səudiyyənin yeni hökmdarı ola bilər.

Səudiyyə sülaləsinin ifşaçısı Tvitter hesabında yazıb: “Bu günlərdə saray məmurlarının Məhəmməd bin Salmanın səltənətini elan etməyə hazırlaşması ilə bağlı şayiələr əslində həqiqətdir. Yeni hökmdarın elan edilməsinə ciddi hazırlıq gedir. Amma mərasimin tarixini bilmir. Mərasimin həqiqətən tezliklə baş tutacağı, yoxsa kralın ölümünün gözləniləcəyibəlli deyil”.

Bundan əvvəl məlumatlı mənbələr "Business Insider"ə bildiriblər ki, Bin Salman atasını taxt-tacdan imtina etdirmək niyyətindədir.

85 yaşlı Salman bin Əbdüləziz Ali-Səudun səhhəti ilə bağlı narahatlıqlar artıb.

"Business İnsider" bir neçə ekspertə istinadən kral Salmanın demensiyadan əziyyət çəkdiyini və onun əsl səhhəti ilə bağlı məlumatın sirr saxlanıldığını yazıb.

 

Şahzadə tezliklə Səudiyyə kralı elan olunacaq - İddia