İsveçrə məhdudiyyətlərin lehinə səs verdi

İsveçrə məhdudiyyətlərin lehinə səs verdi

İsveçrə məhdudiyyətlərin lehinə səs verdi

İsveçrədə dünyada ilk dəfə COVID-pasportlarla bağlı referendum keçirilib.

Polemika.az "al-Jazeera"ya istinadla xəbər verir ki, sənəd əleyhdarlarının təşəbbüsü ilə keçirilən referendum “Koronavirus pandemiyası ilə mübarizə haqqında” Qanuna edilən dəyişikliklərə vətəndaşların münasibətini müəyyənləşdirib.

Səsvermədə iştirak edənlərin 62%-i məhdudiyyətlərin lehinə səs veriblər.

İsveçrə analoji referendumun keçirildiyi ilk ölkədir. 

Sözügedən qanuna dəyişikliklər hələ 2021-ci il martın 19-dan qüvvəyə minib. Sentyabrın 13-dən isə ölkədə restoranlara, kinoteatrlara, hovuzlara, fitnes mərkəzlərinə, idman salonlarına giriş üçün QR-kod tətbiq edilib.

 

İsveçrə məhdudiyyətlərin lehinə səs verdi