Nazirlərin tualetində kokain aşkarlandı

Nazirlərin tualetində kokain aşkarlandı

Nazirlərin tualetində kokain aşkarlandı

Böyük Britaniya parlamentində narkotik maddələrin istifadəsinə dair dəlillər tapılıb.

Polemika.az xarici mediaya istinadən xəbər verir ki, kokain və digər qadağan edilmiş maddələrin izləri yalnız parlament vəsiqəsi olan şəxslər daxil ola biləcəyi yerlərdə tapılıb.

Belə ki, baş nazir Boris Consonun və daxili işlər naziri Priti Patelin şəxsi ofislərinin yanındakı tualetlərdə izlər aşkarlanıb. 

Məsələ ilə bağlı qarşıdan gələn həftə krallığın İcmalar Palatasında müzakirələr aparılacaq.

Nazirlərin tualetində kokain aşkarlandı