Hacı Nuran Almaniyaya müalicəyə gedir: "Xərçənglə mübarizəmi davam etdirməliyəm"

Hacı Nuran Almaniyaya müalicəyə gedir:

Hacı Nuran Almaniyaya müalicəyə gedir: "Xərçənglə mübarizəmi davam etdirməliyəm"

"Yenə mənə yol göründü. Səhhətimlə bağlı uzaq Almaniyaya gedirəm. Son vaxtların gərgin iş rejimi orqanizmimə birbaşa təsir etdi".

Polemika.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb. Səhhətində yenidən problem yaranan aparıcı Almaniyaya getməyə hazırlaşdığını bildirib:

"Əslində belə olacağını bilirdim. Çünki həkimlər mənə gərgin iş rejimini qadağan ediblər. Amma nə edim ki, bir yerdə durmaq, həyat qaynayarkən sakit dayanmaq mənə xas deyil. Səhhətimdəki problemləri dostlarım, yaxınlarım yaxşı bilir. Hətta məni zorla da olsa xəstəxanaya yatırdanlar da olub, müalicə edənlər də. Buradakı müalicələrdən sonra bir az özümə gəldim. Amma daha ciddi yataq rejiminə ehtiyac var dedilər. Bunun üçün məni həmişə müalicə edən Almaniyanın Düsseldorf şəhərindəki onkoloji klinikaya gedib, xərçənglə mübarizəmi davam etdirməliyəm. Mənə uğurlar diləyin, dualarınızı əsirgəməyin, sevimli dostlar. Özünüzü qoruyun, həyatda candan şirin şey yoxdur".

 

 

Hacı Nuran Almaniyaya müalicəyə gedir: "Xərçənglə mübarizəmi davam etdirməliyəm"