Aynişan şəxsi həyatı ilə bağlı sualları iqnor etdi

Aynişan şəxsi həyatı ilə bağlı sualları iqnor etdi

Aynişan şəxsi həyatı ilə bağlı sualları iqnor etdi

Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Polemika.az xəbər verir ki, son vaxtlar şəxsi həyatı ilə tez-tez gündəmə gələn 30 yaşlı bloger bu haqda sorğuları iqnor edib:

- Qoç bürcü olmağın ən yaxşı tərəfləri nələrdir?

- Qoç bürcü olmağın bir çox özəllikləri var, amma əsas hisslərini maksimum göstərə, istəyəndə isə gizlədə bilmə bacarığı.

- Sizcə, qadın çox sevsə yaxşıdır, yoxsa kişinin sevgisi çox olsa?

- Kişi qadını nə qədər çox sevsə, qadın da onu o qədər çox sevəcək. Sevə bilməyən kişi sevilməyə layiq deyil. Və sevmək sadəcə sözdə deyil, xırda görsənən böyük diqqətdədir.

- Xoşunuza gələn adam olsa, ilk addımı atarsınız?

- Xeyr. Düşünürəm ki, əgər qarşılıqlıdırsa, kişiyə olan sayğıdan bunu ona həvalə etmək lazımdır ki, yerlər dəyişməsin. Yox, əgər birtərəflidirsə, o zaman bunu bilməyinə ehtiyac yoxdur.

- Oğlan əgər qızı sevmirsə, niyə gözlərinin içinə diqqətlə baxır, sizcə?

- Adam var göz kontaktı qurmadan danışa bilmir. Yəni fərqli səbəb ola bilər. Hə, bir də onu deyim ki, sevəndə elə çox da gözlərə baxa bilmir, utanır insan.

- Keçmişdə sevdiyim insanı unuda bilmirəm, başqasını sevə bilmirəm, səbəb nədir?

- Özünü sev və heç kimdən asılı olma! Bir insanı unuda bilməmək üçün iki səbəb ola bilər: ya o insan ekstra enerjili və maraqlı olub, ya da siz özünüzü sevmirsiniz.

Aynişan şəxsi həyatı ilə bağlı sualları iqnor etdi