"Ərimin də yanında belə geyinərdim" - Dilarə dekoltedən danışdı + Video

"Ərimin də yanında belə geyinərdim" - Dilarə dekoltedən danışdı

"Ərimin də yanında belə geyinərdim" - Dilarə dekoltedən danışdı + Video

Açıq-saçıq geyimləri ilə diqqət çəkən müğənni Dilarə Kazımova geyimlərindən danışıb.

Polemika.az xəbər verir ki, ARB telekanalında yayımlanan “SözBaz” proqramının qonağı olan ifaçı açıq geyimləri özünə yaraşdırdığını deyib:

“Məncə, yaraşır. Ərim yanımda olsaydı, yenə belə geyinə bilərdim. Çünki mən ifaçıyam. Niyə Rianna, Şakira, Beyons geyinəndə bəyənirik, amma biz geyinəndə yox? Burda heç bir pis şey görmürəm. İfaçılar nəyləsə fərqlənməlidirlər, səhnə insanı olmalıdırlar. Mən qapalı geyinəndə deyirlər ki, niyə belə geyinmisən? Hətta bəzi tədbirlərdə məndən cəlbedici geyinməyimi istəyirlər. Onlar səhnədə gözəl qadın görmək istəyirlər. Hətta mən qapalı geyinsəm də diqqətlər üzərimdə olur”. 

Həmin görüntüləri təqdim edirik:

 

"Ərimin də yanında belə geyinərdim" - Dilarə dekoltedən danışdı + Video