Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Göygöl rayonunda piyadanı vurub qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Polemika.az-a verilən məlumata görə, noyabr ayının 23-də, axşam saatlarında Göygöl rayon Polis Şöbəsinə (RPŞ) Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 369-cu km-də bir nəfər qadını avtomobil vurması, qəza nəticəsində piyadannın tanınmaz hala düşərək hadisə yerində öldüyü barədə məlumat daxil olub.

Göygöl RPŞ-nin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib və həlak olan şəxsin Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Tünzalə Rəfiyeva olması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi müəyyən edilib. Araşdırmalar zamanı hadisəni Göygöl rayon Xəqani kəndində yaşayan Fəxri Qasımovun “VAZ-2121” markalı avtomobil ilə törətməsi, daha sonra hadisə yerindən qaçması müəyyən edilib.

Hazırda həmin şəxs barəsində Cinayyət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Piyadanı vurub qaçan sürücü tutuldu