Azərbaycan polisi erməni sürücüyə cərimə yazdı

Azərbaycan polisi erməni sürücüyə cərimə yazdı

Azərbaycan polisi erməni sürücüyə cərimə yazdı

Erməni mediası Gorus-Qafan magistralında insidentin baş verdiyi barədə xəbər yayıb.

Polemika.az xəbər verir ki, bu barədə Yerevan Today-ın xəbərində bildirilir. Azərbaycanın yol polisi erməni sürücüdən inzibati xətaya əsaslanaraq, cərimə yazıb.

“Ermənistan vətəndaşları cərimələri Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin saytında onlayn olaraq ödəyə bilərlər”, xəbərdə deyilir. Əlavə olunur ki, Ermənistan vətəndaşları cəriməni ödəmədiyi halda, avtomobili magistralda saxlanılacaq və cərimə meydançasına aparılacaq.

Erməni tərəf sürücüyə cərimənin hansı qayda pozuntusuna görə yazıldığını açıqlamayıb. 

Azərbaycan polisi erməni sürücüyə cərimə yazdı