Rüsumların dəyişdirilməsi insanların həyatına necə təsir edəcək? - Deputatdan açıqlama

Rüsumların dəyişdirilməsi insanların həyatına necə təsir edəcək?

Rüsumların dəyişdirilməsi insanların həyatına necə təsir edəcək? - Deputatdan açıqlama

Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsi insanların həyatına heç bir mənfi təsir göstərməyəcək.

Polemika.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda hər bir vətəndaşın ödədiyi dövlət rüsumunun orta illik məbləği 35 manat təşkil edir ki, bu da vətəndaşın gəlirlərinin təqribən 0.5 faizini təşkil edir. T.Mirkişili bildirib ki, bəzi ölkələrdə bu məbləğ 8 faizdən yuxarıdır.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda rüsumlar 15 il bundan əvvəl müəyyən edilib. 15 il ərzində inflyasiya baş verib və bu rüsumların məbləği maya dəyərindən aşağı düşüb. Bu baxımdan indiki halda rüsumların məbləğinin dəyişdirilməsi insanların həyatına mənfi təsir etməyəcək.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

Rüsumların dəyişdirilməsi insanların həyatına necə təsir edəcək? - Deputatdan açıqlama