420 qramlıq uşaq dünyaya gəldi - "Rekordlar" kitabına düşdü - FOTO

420 qramlıq uşaq dünyaya gəldi -  "Rekordlar" kitabına düşdü

420 qramlıq uşaq dünyaya gəldi - "Rekordlar" kitabına düşdü - FOTO

ABŞ-ın Alabama ştatının Birmingem şəhərindəki Universitetin xəstəxanasında 21 həftəlik uşaq "dünyanın ən erkən doğulan və həyatda qalan uşağı" kimi Ginnesin "Rekordlar" kitabına düşüb.

Polemika.az xarici mediaya istinadla xəbər verir ki, 2020-ci ilin iyul ayında doğulan Kertis Meansin çəkisi 420 qram olub. Uşağın sağ qalma ehtimalının 1 faizdən belə az olduğu bildirilsə də, o, müalicələrə cavab verib və həyatda qalmağı bacarıb.

Universitetdə 275 gün nəzarətdə salanılaraq müalicə olunan uşağın sağlamlığının qaydasında olduğu və artıq ailəsinə təhvil verildiyi bildirilib.

Rufina Ali

 

420 qramlıq uşaq dünyaya gəldi - "Rekordlar" kitabına düşdü - FOTO