Böyük Britaniya səyahət qaydalarına dəyişiklik etdi

Böyük Britaniya səyahət qaydalarına dəyişiklik etdi

Böyük Britaniya səyahət qaydalarına dəyişiklik etdi

Böyük Britaniya səyahət qaydalarına dəyişiklik edib.

“Polemika.az” Azərtac-a istinadən xəbər verir ki, Böyük Britaniya mayın 17-dən etibarən tətbiq etdiyi və koronavirusun fərqli variantlarının ölkədə yayılmasının qarşısını almaq üçün qırmızı, sarı və yaşıl rənglərdən ibarət siyahı tərtib edib. Qırmızı rəngdə olan ölkələrdən gələnlər dövlət tərəfindən təyin olunan otellərdə 10 gün müddətində karantində qalmalı olurdular. Bu müddət ərzində 2285 funt sterlinq otelə ödəniş edilməli idi.

Sarı rəngdə olan ölkələrdən gələnlər qalacaqları ünvanı bildirərək 10 gün karantində qalmalı olurdular.

Yaşıl rəngdə olan ölkələrdən gələnlər üçün isə heç bir qayda tətbiq olunmurdu.

Artıq qırmızı siyahıda olan son 7 ölkə - Ekvador, Dominikan Respublikası, Kolumbiya, Peru, Panama, Haiti və Venesuela siyahıdan çıxarılıb. Bazar ertəsindən etibarən bu ölkələrdən gələnlərə otel karantini tətbiq olunmayacaq.

Nəqliyyat naziri Qrant Şapps qərarın səyahət sənayesində çalışanlar üçün böyük stimul olacağını söyləyib.

Böyük Britaniya səyahət qaydalarına dəyişiklik etdi