Kral ailəsi üzr istədi - Karantin qaydalarını pozduğuna görə

Kral ailəsi üzr istədi - Karantin qaydalarını pozduğuna görə

Kral ailəsi üzr istədi - Karantin qaydalarını pozduğuna görə

Hollandiyanın kral ailəsi xalqdan üzr istəyib.

Polemika.azBBC-yə istinadla xəbər verir ki, keçən ilin oktyabrında koronavirus qadağası elan edildikdən sonra Yunanıstanda tətildə olan kral ailəsinin üzvləri dərhal geri qayıtmaq məcburiyyətində qalıblar.

Amma ötən Şənbə günü vəliəhd şahzadə Amaliyanın 18 yaşının qeyd edilməsi ciddi narazılıq doğurub. 

Tədbirə 21 nəfər dəvət olunub ki, bu da ölkədəki karantin qaydalarına ziddir.

Bu qaydalara görə, bir evdə eyni vaxtda yalnız 4 qonaq ola bilər.

Hollandiya məhkəməsi mərasimə qatılan ailələrin hamısının peyvənd olunduğunu və məclisə getməzdən əvvəl korona testindən keçirilib-keçirilmədiyini araşdırıb. 

Bununla belə, Hollandiya kralı Villem-Aleksander Baş nazirə ad günü mərasiminin keçirilmə qərarının düzgün olmadığını rəsmən bildirib.

Daha sonra məhdudiyyətlərin pozulmasına görə saraydan üzrxahlıq açıqlaması verilib.

Kral ailəsi üzr istədi - Karantin qaydalarını pozduğuna görə