"ABŞ-ın dəstəyi olmadan İsrailin nə həddi var..." - İranlı general

"ABŞ-ın dəstəyi olmadan İsrailin nə həddi var..." - İranlı general

"ABŞ-ın dəstəyi olmadan İsrailin nə həddi var..." - İranlı general

"İranın nüvə və hərbi bazalarına İsrail tərəfindən hər hansı təhdid yaşıl işıq və ABŞ-ın dəstəyi olmadan mümkün deyil".

Polemika.az “Mehr News”a istinadla xəbər verir ki, bunu “Xatəmül-Ənbiya” qvardiyasının mərkəzi qərargahının komandiri, general-mayor Qolaməli Rəşid deyib.

“Əgər bu cür təhdidlər praktiki xarakter alacaqsa, İslam Respublikasının Silahlı Qüvvələri dərhal və qətiyyətlə bütün mərkəzlərə, bazalara, marşrutlara və məkanlara hücum edəcək”, - deyə general bildirib.

Bundan əvvəl İranın təhlükəsizlik rəsmisi Vyanada İranın nüvə sazişi üzrə “nisbətən uğurlu” danışıqların fonunda İsrailin İrana qarşı “pis niyyətli hərəkətləri” barədə xəbərdarlıq etmişdi.

Qolaməli Rəşid “Nur” xəbər agentliyinə deyib: “İsrail İslam Respublikasına qarşı pis niyyətli hərəkətlər etmək imkanını araşdırır. Rejimin keçmişdə İran və JCPOA-nın digər üzvləri arasında danışıqlara zərər vurmaq məqsədi daşıyan zərərli hərəkətlərini nəzərə alsaq, bunun ehtimalı realdır. Əgər sionist rejimin (İsrail - red.) məqsədi İranın nüvə obyektlərinə zərər verməkdirsə, bu, istər-istəməz İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığına mənfi və çəkindirici təsir göstərəcək”.

 

"ABŞ-ın dəstəyi olmadan İsrailin nə həddi var..." - İranlı general