NATO baş katibi iş yerini Mərkəzi Bankla dəyişə bilər

NATO baş katibi iş yerini Mərkəzi Bankla dəyişə bilər

NATO baş katibi iş yerini Mərkəzi Bankla dəyişə bilər

NATO-nun hazırkı baş katibi və keçmiş baş nazir Yens Stoltenberq Norveç Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizədlərdən biridir.

Polemika.az NRK telekanalına istinadla xəbər verir ki, hazırkı vəzifəsini tərk etdikdən sonra o, bank rəhbəri ola biləcək 22 namizəddən biridir.

Təqdim olunan siyahıdan məlum olub ki, 62 yaşlı Stoltenberqin özü də Eysten Olsendən sonra Mərkəzi Bankın rəhbəri olmaq niyyətini təsdiqləyib.

"Bu vəzifəyə namizədliyimi irəli sürmək təklifi ilə mənə müraciət etdilər və bu, çox həvəsli olduğum bir işdir".

Eyni zamanda, NATO rəhbəri vurğulayıb ki, gələn il sentyabrın 30-da səlahiyyət müddəti başa çatana qədər 2022-ci il martın 1-də boşalmış yeni vəzifəni icra edə bilməyəcək.

NATO baş katibi iş yerini Mərkəzi Bankla dəyişə bilər