Şirvanda dələduzluq: Ana qızını aldadıb 1 500 manatını aldı

Şirvanda dələduzluq: Ana qızını aldadıb 1 500 manatını aldı

Şirvanda dələduzluq: Ana qızını aldadıb 1 500 manatını aldı

Şirvan şəhər sakini Mehparə Sucayət qızı Soltanovanın aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsi ilə bağlı şəhər prokurorluğuna müraciət daxil olub. 

Bu barədə Polemika.az-a Şirvan Şəhər Prokurorluğundan bildirilib.

Daxil olan müraciət əsasında aparılan araşdırmalarla müəyyən edilib ki, Mehparə Soltanova aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şirvan şəhər sakini Bəhruz Məmiyevin 2014-cü il təvəllüdlü bacısı qızına guya pensiya təyin edilməsi üçün əlillik dərəcəsi alınması ilə bağlı Şirvan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinin keçmiş baş həkiminə verməsinə inandırmaqla 2019-cu ilin noyabr ayında ondan 1500 manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirib və onu rüşvət verməyə təhrik edib.

Bundan başqa, Mehparə Soltanovanın öz qızı Anaxanım Məmmədovadan eyni məqsədlə və eyni miqdarda pul vəsaitini alması müəyyən edildiyindən faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb. 

Şirvanda dələduzluq: Ana qızını aldadıb 1 500 manatını aldı