İstanbul Fond Birjası fəaliyyətini dayandırdı - Lirə ucuzlaşdığına görə

İstanbul Fond Birjası fəaliyyətini dayandırdı - Lirə ucuzlaşdığına görə

İstanbul Fond Birjası fəaliyyətini dayandırdı - Lirə ucuzlaşdığına görə

İstanbul Fond Birjası  türk lirəsinin növbəti rekord ucuzlaşması fonunda qiymətli kağızlarla ticarəti yenidən avtomatik dayandırıb.

Polemika.az NTV-yə istinadla xəbər verir ki, birja bununla bağlı açıqlama yayıb:

"Saat 15:54-ə avtomatik sistem işə salınıb. Birjanın bütün istiqamətləri üzrə əqdlər müvəqqəti olaraq dayandırılıb: səhmlər, fyuçers və opsionlar üzrə sövdələşmələrdə, həmçinin səhmlər və borc qiymətli kağızlar üzrə repo hərraclarda”, - bildirilir.

Hazırda səhər ticarət başlayandan türk lirəsi dollar qarşısında təxminən 7,67% dəyər itirib. Məzənnə 1 dollar üçün 17,78 lirəyə kimi bahalaşıb ki, bu da türk valyutası üçün növbəti tarixi rekorddur.

 

İstanbul Fond Birjası fəaliyyətini dayandırdı - Lirə ucuzlaşdığına görə