"Tehran "3+3" formatını dəstəkləyir" - Səfir

"Tehran "3+3" formatını dəstəkləyir" - Səfir

"Tehran "3+3" formatını dəstəkləyir" - Səfir

"İran Cənubi Qafqaz regionunda "3+3" regional formatının yaradılması təklifini dəstəkləyir".

Polemika.az xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində İranın Türkiyədəki səfiri Məhəmməd Fərazmənd bildirib.

“Tehran 2020-ci ilin noyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Cənubi Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstanın üçtərəfli iştirakı ilə regional əməkdaşlıq formatının yaradılması təklifini irəli sürüb. “3+3" şəklində Türkiyə, İran və Rusiyanın iştirakı ilə bölgənin şəkilləndirilməsini dəstəkləyirik”, - deyə səfir qeyd edib.

Diplomat əlavə edib ki, İslam Respublikası bu ideyanı şövqlə qarşılayıb və bu ideyanı ilk dəfə İranın keçmiş xarici işlər naziri müavini 2020-ci ildə Bakı, İrəvan, Moskva, Tbilisi və Ankaraya səfəri zamanı irəli sürüb. "O bu təşəbbüsün mümkün qədər tez gerçəkləşməsinin vacibliyini vurğulayıb. Bir ölkə istisna olmaqla, digər ölkələr bu təşəbbüslə prinsipial olaraq razılaşıblar”.

Məhəmməd Fərazmənd vurğulayıb ki, “3+3 təşəbbüsü” İranın xarici siyasətinin prinsip və əsaslarına, yəni regionda ölkələrinin bölgə problemlərinin həlli, gərginliyin minimuma endirilməsi və əməkdaşlığın inkişafı məramına tam uyğundur. "İbrahim Rəisi administrasiyası qonşularla münasibətlərin İslam Respublikasının xarici siyasət prioriteti olduğunu elan edib. Hətta 2020-ci ildə İranın iki şimal qonşusu arasında gedən müharibə zamanı rəsmi Tehran Qafqazda və ümumən bölgədə mübahisələrin ədalətli şəkildə, sülh yolu ilə həlli, Azərbaycan ərazilərinin işğalına son qoyulması və davamlı sülhün bərqərar edilməsini dəstəkləyib. Xoşbəxtlikdən "3+3" və ya "2+3" təşəbbüsünün reallaşması üçün ölkələr arasında kollektiv iradə və ümumi maraqlar və yüksək qarşılıqlı anlaşma mövcuddur. Şübhəsiz, Cənubi Qafqazın regionunda sülh və sabitliyin bərqərar olması və 30 illik gərginliyə son qoyulması, inkişaf, ticarət, investisiya və nəqliyyat imkanlarının açılması bu regionun bütün xalqlarına fayda verəcək”.

"Tehran "3+3" formatını dəstəkləyir" - Səfir