ABŞ-ın hərbi büdcəsi Nümayəndələr Palatasında tsədiqləndi

ABŞ-ın hərbi büdcəsi Nümayəndələr Palatasında tsədiqləndi

ABŞ-ın hərbi büdcəsi Nümayəndələr Palatasında tsədiqləndi

ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsini təxminən 770 milyard dollar məbləğində təsdiqləyib.

Polemika.az C-SPAN-ə istinadla xəbər verir ki, sənədin lehinə 363, əleyhinə 70 konqresmen səs verib.

Büdcə hələ Senat tərəfindən təsdiqlənməlidir, ondan sonra imzalanmaq üçün ölkə prezidentinə göndəriləcək.

Konqresmenlərin təsdiqlədiyi qanun layihəsinin variantı əvvəllər Amerika qanunverici orqanının hər iki palatası tərəfindən razılaşdırılmışdı.

Layihədə Rusiyaya qarşı yönəlmiş Avropa Təhlükəsizliyi Təşəbbüsü proqramı üçün 4 milyard dolların ayrılması ilə bağlı müddəa var. Ukraynaya hərbi yardım üçün 300 milyon dolların ayrılması planlaşdırılır, daha 150 milyon dollar “Baltikyanı ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığa” sərf olunacaq.

Eyni zamanda, “Şimal axını 2” qaz kəmərinə, Rusiya Federasiyasının suveren borcuna və 35 rusiyalıya, o cümlədən Rusiya nazirləri, iri rus iş adamları, ictimai xadimlər və jurnalistlərə qarşı sanksiyaların tətbiqi ilə bağlı təşəbbüslər istisna edilib. 

ABŞ-ın hərbi büdcəsi Nümayəndələr Palatasında tsədiqləndi