Millimiz Lüksemburqa yenə uduzdu
Millimiz Lüksemburqa yenə uduzdu
Milli komandamız bu gün DÇ-2022-nin seçmə mərhələsində son oyununa çıxıb.
Polemika.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Bakıda Lüksemburq yığmasını qəbul edib.
Millimiz səfərdə 1:2 hesabı ilə uduzduğu rəqiblə Bakıda da bacarmayıb - 1:3. Yığma komandamız cəmi 1 xalla qrup sonuncusu olub.
Qrupun digər oyununda İrlandiya Portuqaliyanı qəbul edəcək.
11 noyabr
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
21:00. Azərbaycan - Lüksemburq - 1:3
Qol: Azər Salahlı, 83 - Rodrigeş, 67, 90+1, Till, 78
Qırmızı vərəqə: Tellur Mütəllimov, 21 (Azərbaycan)
Baş hakim: Manuel Şüttenqruber (Avstriya)
Bakı Olimpiya Stadionu